Xiaomi - mərkəzi ofisi Pekində yerləşən özəl elektronika şirkətidir.
Şirkət dünyanın 4-cü[2] ən böyük smartfon istehsalçısıdır. Xiaomi smartfonlar, mobil tətbiqlər, dizüstü kompüterlər və bir çox istehlakçı elektronika məhsullarını hazırlayır, təkmilləşdirir və satışını həyata keçirir.
Şirkətin qurucusu və CEO-su Forbesin məlumatlarına görə Çinin ən varlı 23-cü şəxsi Lei Jun'dur. Şirkət 2014-cü ildə 60 milyondan çox cihaz satıb[3].
Şirkətin böyük bir hissəsi Çin, Malayziya və Sinqapurdan olan 8000-dən çox işçisi var. İndoneziya, Filippin, CAR və Braziliyada işçilərinin sayı artmaqdadır.
Xiaomi 2010-cu il 6 Apreldə 8 əməkdaş tərəfindən qurulub. 2011-ci ilin Avqust ayında ilk smartfonunu satışa çıxaran şirkət bundan sonra Çində böyük bazar payı qazandı. Sonralar ağıllı ev(IoT) cihazları ekosistemi də daxil olmaqla geniş çeşiddə məhsulların istehsalına başlandı.
International Data Corporation tərəfindən açıqlanan məlumata görə, 2014-cü il Oktyabrda Xiaomi, Samsung və Apple-dan sonra dünyanın 3-cü[4] ən böyük smartfon istehsalçısı oldu. İDC hesabatına görə Xiaomi, 2014-cü ildə Çinin ən böyük smartfon satıcısına çevrildi və Samsungu keçdi.
Xiaomi, Dekabr 2014-ün sonunda, investorlardan 1,1 milyard ABŞ dolları məbləğində investisiya aldıqdan sonra, dünyanın ən dəyərli texnika mərkəzlərindən biri oldu və şirkətin dəyəri 46 milyard ABŞ Dollarını keçdi[5]. Xiaomi, 2014-cü il İyul ayında flipkart.com vasitəsilə Hindistan bazarına da daxil oldu.
- ↑ Fortune.com unicorn list — 2016.
- ↑ http://www.idc.com/getdoc.jsp?containerId=prUS25804315
- ↑ https://techcrunch.com/2015/01/03/xiaomi-2014/
- ↑ https://techcrunch.com/2014/10/29/xiaomi-now-the-worlds-third-biggest-smartphone-maker-says-idc/
- ↑ http://www.marketwatch.com/story/xiaomi-raises-another-11-billion-to-become-most-valuable-tech-start-up-2014-12-29